Əsas Səhifə > Güney Press > "Xəbər gəldi ki, Adil ölüb"
"Xəbər gəldi ki, Adil ölüb"Bu gün, 15:06 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az xəbər verir ki, məhkəmə barəsində həbs qərarı olmayan, qətimkan tədbiri seçilən təqsirləndirilən Samir Abbasovun ifadəsi ilə davam edib. S. Abbasov hadisə yerinə əmisi Ələkbər Abbasovla birlikdə getdiyini bildirdi: "Gəldik hadisə yerinə. Mətləb də orada idi. Adil gələn kimi bıçağı çıxarıb "Kimdir ə, məni axtaran?" deyə soruşdu. Biz həqiqətən dava olmağını istəmirdik. Ara qarışıb dava düşəndə əmimlə mən kənara çəkildik. Qabağımızda bir neçə adam vardı, gözlərim də zəif gördüyünə görə nələr baş verdiyini görə bilmirdim. Tək gördüyüm Adilin bıçaq hərləyən əli, eşitdiyim də onun nalayiq söyüşləri idi. O qarışıqlıqda Adili kimin vurduğunu görə bilmədim. Biz əmi ilə hadisə yerindən uzaqlaşıb Neftçilər istiqamətinə çatanda xəbər gəldi ki, Adil ölüb. Biz ona görə ora getdik ki, məsələni sülhlə danışıb yoluna qoyaq, çağırmadıq ki, xalqın balası ölsün". Daha sonra S. Abbasov məhkəmənin və vəkillərin suallarını cavablandırıb. Bundan sonra növbəti prosrs 8 dekabr, saat 16:30-a təyin olunub. Xatırladaq ki, 18 iyun 2025-ci ildə Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanmış, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib. Geri qayıt |