Əsas Səhifə > Güney Press > Ələsgər sənətdən nakam getdi...

Ələsgər sənətdən nakam getdi...


Bu gün, 15:01

“Ələsgər Məmmədoğlu evə çox bağlı bir insan idi. Teatra gedən kimi o dəqiqə zəng edib uşaqlarla maraqlanırdı. Deyirdim ki, elə indi getmisən ki? Nə olub? Hətta istəyirdi ki, övladları da incəsənət sahəsində olsun. Qızım universitetə sənət də vermişdi. Amma sonradan getmədilər. Ələsgər 40 il sənətdə külüng vurdu, amma yenə də xalq onu sevsə də, aidiyyatı qurumlar ona lazımı diqqəti və qayğını göstərmədilər. Hansı ki, bu rol Ələsgərin üstünə biçilmişdi, amma ondan sonra gələnlər oynadılar, o oynaya bilmədi. Ona imkan verilmədi. Bəzən fikirləşirəm ki, Ələsgər yaxşı ki, bəzi şeyləri görmədi”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, mərhum aktyor Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Məmmədova deyib.

O daha sonra əlavə edib:

“Ələsgərin xəstəliyi 40 gün çəkdi. Vəfat edən gününə qədər bilmədi ki, o xəstədir. Qızından soruşurdu ki, “mən sağalacam?”. Deyirdi ki, “hə, sağalacaqsan”. Artıq hər şey gec idi. İrana da aparmışdıq onu. Ölümündən 6 ay əvvəl müayinədən keçmişdi, hər şey təmiz çıxmışdı. 6 aydan sonra hər şey üzə çıxdı. Bəlkə də həkimlər üzə çıxara bilməmişdilər xəstəliyini. Yaxud da bu bir qismətdir. Ələsgər özündə bir az xəstəlik axtaran insan idi. Elə hey deyirdi ki, “gözlərimin rəngi saralıb”. Həkimə gedəndə artıq demişdi ki, bir neçə orqanı metastaz verib. Gözləmirdim ki, o belə tez gedəcək. Bir az çox yaşasaydı oğlunun toyunu da, nəvəsini də görərdi. Elə arzulayırdı ki, oğlunun toyunu görsün. Ələsgər sənətdən nakam getdi, o daha çox rollar oynaya, tamaşaçıya sevdirə bilərdi” deyə sənətkarın xanımı bildirib.


Geri qayıt