Əsas Səhifə > Güney Press > Putin-Tramp görüşü hələlik təxirə salınıb

Putin-Tramp görüşü hələlik təxirə salınıb


Bu gün, 13:23

"Rusiya və ABŞ prezidentlərinin Budapeştdə keçirilməsi planlaşdırılan sammiti müəyyən müddətə təxirə salınıb".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov jurnalist Pavl Zarubinə açıqlamasında bildirib.

Uşakov vurğulayıb:

“Budapeştdə görüş razılaşdırılmışdı, amma onu müəyyən müddətə təxirə saldıq. Bu məsələ ilə bağlı kontaktlar davam edir.”

Hazırda tərəflər görüşün yenidən təşkili və keçirilməsi üçün danışıqları davam etdirir.


Geri qayıt