Əsas Səhifə > Güney Press > ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilərBu gün, 12:55 |
|
2026–2028-ci illər ərzində ABŞ hökuməti dondurulmuş Rusiya aktivlərindən 2,5 milyard dolları müsadirə edə bilər. Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsi məlumat yayıb. Məlumata görə, federal hökumətin bu qərarı verməsi ehtimalı 50% olaraq qiymətləndirilir. "Hazırda Rusiya aktivləri toxunulmaz qalır. Qanun layihəsi qəbul edilərsə, müsadirə edilən vəsaitdən 300 milyon dolları ABŞ Maliyyə Nazirliyinin qiymətli kağızlarına yatırılacaq. Daha sonra həmin investisiyadan əldə olunan gəlir Ukraynaya maliyyə yardımı üçün istifadə olunacaq",- məlumatda deyilir. Geri qayıt |