Əsas Səhifə > Güney Press > Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİBu gün, 16:28 |
|
İki gün öncə Əhmədlidə baş vermiş sürüşmə Bakı və ətraf qəsəbələrin aktiv sürüşmə zonalarını yenidən gündəmə gətirib. Baş vermiş sürüşmənin eroziya tipli olduğu, əsasən texniki səbəbdən, insanların aktiv təsiri ilə baş verdiyi vurğulanıb. Mütəxəssislər həmin ərazinin sürüşməyə kifayət qədər meyilli olduğunu bildiriblər. Həmçinin suvarmanın təsiri ilə bu sürüşmənin baş verdiyi güman olunur. Ümumiyyətlə Bakı və Abşeron daim sürüşmə aktivliyi olan zonadır. Geoloq Xalid Xalidli Bizim.Media-ya açıqlamasında bildirdi ki, aparılan tikinti işləri, onların ağırlığı, yamacların düzgün qorunmaması, kanalizasiyaların, suqəbuledicilərin olmaması sürüşməyə təsir edən problemlərdəndir.
Geri qayıt |