Əsas Səhifə > Güney Press > Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladıBu gün, 16:13 |
|
Gəncə Şəhər Məhkəməsi həbsdəki vəkilin telefon danışığına qoyulan qadağanı ləğv etmədi. “Məhkəmələrdə qazandığı saysız bəraətlərlə insanlarda məhkəmələrə, ədalətə etimad yaradan Vəkil Zabil Qəhrəmanovun üzünə bugün növbəti ədalətsiz məhkəmə qərarı oxundu”. Gununsesi.info xəbər verir ki, bunu hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun vəkili Babək Həmidov deyib. “Deməli, Gəncə polisinin müstəntiqi vəkil Zabil Gahramanov -un təcridxanada ailə üzvləri ilə görüşünə və telefon danışığına hər hansı dəlil və əsas olmadan qadağa qoyub. Gəncə şəhər Məhkəməsinə qərardan şikayət etdik. Hakim Məhəmməd Həsənli müstəntiqin qanunsuz qərarını qanuni saydı və Zabili ailə üzvləri ilə görüşdən və telefon danışığından məhrum qoydu. Müqayisə üçün deyim ki, Tərtər hadisələrinin vurhavur vaxtında xüsusilə ağır cinayət olan Dövlətə xəyanətdə ittiham edilən müdafiə etdiyim şəxs barəsində eyni Qərarı Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımov ləğv etmiş, şəxsin ailə üzvləri ilə görüşünə və telefon danışığına icazə vermişdi. Gəncə şəhər Məhkəməsi hakimi Məhəmməd Həsənli isə ölkənin ən dürüst və ləyaqətli vəkillərindən olan, həm də az ağır cinayətlə şərlənən Zabil Qəhrəmanovun ailə üzvləri ilə görüşünü və telefon danışığını Dövlətə Xəyanətdə ittiham edilən şəxsdən daha təhlükəli saydı”. Geri qayıt |