Əsas Səhifə > Güney Press > "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölübBu gün, 15:27 |
|
Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır. Geri qayıt |