Əsas Səhifə > Güney Press > Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb

Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb


Bu gün, 12:37

İndi isə insanlara maddi yardım, ictimai fəaliyyət, mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan vəsaitlər birbaşa yönləndirilib borcların ödənməsinə.

Bu iddia AHİK sədri Sahib Məmmədovla bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Son zamanlar ölkənin ictimai-siyasi həyatında baş verən ciddi proseslər, Ramiz Mehdiyevin ev dustaqlığına cəlb olunması, vətənə xəyanət kimi ağır maddə ilə ittiham olunması, bir neçə icra başçısının həbs olunması, 3 ili tamam olmamış Prezidentin Naxçıvanda Xüsusi Nümayəndəsinin dəyişdirilməsi, bir çox rayonların icra başçılarının dəyişdirilməsi, sanki illərdir insanların gözləntilərinin doğruldulması idi. Diqqətli oxucular ölkənin ictimai-siyasi haqqında kifayət qədər məlumatlıdır. O baxımdan məsələləri uzatmadan konkret mövzunun özünə keçək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 30 ildən artıq Vasif Talıbov Naxçıvanı əsarətində saxladığı kimi, Səttar Möhbalıyevin əsarətində idi. Və 30 ildən sonra Konfederasiya sədrinin dəyişdirilməsi sanki ölkə gündəminə bomba xəbəri kimi düşdü. Hər kəs böyük arzularla, ümidlərlə yeni sədri qarşıladı. Necə ki Naxçıvanda hər kəs Fuad Nəcəflinin gəlişini aeroportda gözləyirdi. Sahib Məmmədovun elə ilk iclasda emosional çıxışı, gələcəyə ümidli vədlər verməsi, korrupsiya və rüşvətxorluq sisteminin dağıdılacağı, yox ediləcəyi vədlərini verməsi, sürətli və gürültulu alqışlarla başladı. 20-30-40 il AHİK sistemini talamış qoca məmurlardan yaxa qurtarması, kəskin və radikal addımları ilə ötən ilin bu vaxtı Sahib Məmmədov böyük nəzərləri öz üzərinə cəlb etdi. Hər kəsdə islahatçı, qurucu, yenilikçi məmur obrazını yaratmağı bacaran Sahib Məmmədov başladı boşalmış yerlərə öz kadrlarını toplamağa. Və nəticə...

Uzun illər pisdən yaxşıdan Həmkarlar işini bilən təcrübəli şəxslər sistemdən uzaqlaşdırıldı. Yerinə guya müasir düşüncəli, islahatçı gənclər cəlb olundu. Lakin 1 illik fəaliyyət dövrünü mətbuatdan analiz edəsi olsaq, görürük ki, 5 ə yaxın müşavir gəldi getdi. Dəfələrlə şöbə müdirləri, sanatoriya direktorları, akademiya rektorları dəyişdirildi . Bəs sual olunur niyə ?!

Sualın cavabı çox sadədir: Sahib Məmmədovun yeni sistem yaratmaq cəhdləri, bir çox kadrlar tərəfindən qəbul olunmur. Belə ki, Möhtərəm Prezindent İlham Əliyev hər çıxışında xüsusi qeyd edir ki, məmurlar əyri yola getməsin, rüşvətə bulaşmasın, vətəndaşları incitməsin. Sahib Məmmədovun arzu və istəklərini yerinə yetirməyənlər isə məcbur uzaqlaşmalı oldu. Yay dövründə kütləvi sürətdə yollayışların verilməsi kampaniyasını elan edən hörmətli sədr, düşünmədən AHİK sistemini külli miqdarda borca saldı. İndi isə insanlara maddi yardım, ictimai fəaliyyət, mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan vəsaitlər birbaşa yönləndirilib borcların ödənməsinə. Onun iradəsinə tabe olmayan Respublika Komitə sədrlərini aşağılamağa, davranışları ilə bezdirməyə çalışır ki, onlar könüllü sürətdə işdən getsin.

Sahib Məmmədov düşünür ki, yeni seçilib, 2 3 il buna zaman veriləcək ki istədiklərini etsin və hesabat versin. Lakin SOMDA rəisi İlqar Abbasov, bir zamanlar Mədəniyyət Naziri işləmiş Anar Kərimli, Fuad Nəcəfli və bir çox misallar bir daha sübut edir ki, Möhtərəm Prezindent hər şeyi görür və lazım olan zamanda müddət nə qədər qısa olsa da, sərt qərarlarını elan edir. Bizlərə isə prosesləri izləmək və narahatlıq içərisində gözləmək qalır.

Yenixeber.org


Geri qayıt