Əsas Səhifə > Güney Press > “Bu, baş versə idi, Ermənistan olmayacaqdı”

“Bu, baş versə idi, Ermənistan olmayacaqdı”


Bu gün, 00:11

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxış edərək Qarabağ, KTMT və dövlətçilik barədə geniş açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, hökumətin proqramında Qarabağ və sülhməramlıların zəmanətlərini əks etdirən müddəaların olduğunu qeyd edib və qərarlarının məsuliyyət tələb etdiyini vurğulayıb.

Paşinyan bildirib ki, bu müddəaların ardınca buldozer kimi davam edə bilərdik, amma belə etsəydilər dövlətlərini itirə biləcəklərini deyib:

“Biz edə bilərdik, amma dövlətimizi itirərdik. Siyasi liderlik elə bir yerdir ki, başqa heç kimin götürməyəcəyi məsuliyyəti öz üzərinizə götürürsünüz”.

Baş nazir əlavə edib ki, məhz onun rəhbərliyi altında seçilmiş yolun davam etdirilməsi nəticəsində Ermənistanın varlığı qorunub:

“Bu yolu yalnız biz gedə bilərdik. Başqası qalsaydı, bu gün Ermənistan Respublikası olmazdı, bunu deməliyəm. Bəli, bu bir missiyadır, biz bu missiyanı yerinə yetiririk”.

Paşinyan 2021-ci il seçkilərinə də toxunaraq, o dövrdə özünü təhlükə altında belə hiss etməyə hazır olduğunu xatırladıb:

“2021-ci ildə seçki keçirirdik, dedim, xalqımız məni güllələmək qərarına gəlsə, səssizcə, səssizcə divarın altında dayanacağam. Amma indi deyirəm ki, indi bir az əminəm”.

Son olaraq o, prosesin intuitiv başladığını, lakin indi dövlətçilik təcrübəsinin öyrənildiyini və Ermənistanın müstəqil dövlət kimi möhkəmləndirilməsi qərarının alındığını bildirib.


Geri qayıt