Əsas Səhifə > Güney Press > Xarici borcumuz silah alışı hesabına artıb
Xarici borcumuz silah alışı hesabına artıbBu gün, 18:00 |
|
Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib. N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir. Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb. Geri qayıt |