Əsas Səhifə > Güney Press > Paşinyan– Köçəryan insidenti
Paşinyan– Köçəryan insidentiBu gün, 16:32 |
|
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı, parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan baş nazir Nikol Paşinyanla yaşanan dünənki insidentlə bağlı gərginlik iddialarını təkzib edib. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Koçaryan parlamentdə jurnalistlərin suallarını əsəbi tonda cavablandıraraq bildirib: “Heç bir gərginlik olmayıb. Mənasız suallar verməyin, sadəcə başlıq dalınca qaçırsınız.” Jurnalistlər Paşinyanın onu bağışlayıb-bağışlamadığını soruşduqda isə deputat belə cavab verib: “Özünü bağışla, biz hər zaman bağışlanmışıq.” Xatırladaq ki, dünən 2026-cı ilin büdcə müzakirəsi zamanı Koçaryanın zalda olmaması səbəbindən iclas 20 dəqiqəlik fasilə ilə dayanmışdı. Baş nazir Paşinyan vəziyyətə sərt reaksiya verərək Köçəryanın yanına qəzəbli şəkildə yaxınlaşıb və sonra zalı tərk etmişdi. Videomaterialda Köçəryanın “günahkar” sima ilə Paşinyana yaxınlaşdığı, baş nazirin isə onu danlayıb iclası tərk etdiyi görünür. Geri qayıt |