|
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub. Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur. Qeyd edək ki, satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq: Qızılgül xarici (təbii) – 3 000 ədəd; Qızılgül yerli (təbii) – 1500 ədəd; Qərənfil (təbii) – 1500 ədəd; Böyük gül səbəti – 80 ədəd; Orta gül səbəti – 60 ədəd; Kiçik gül səbəti – 60 ədəd; Əklil böyük – 7 ədəd; Əklil orta – 7 ədəd; Əklil kiçik – 7 ədəd; Buket böyük – 80 ədəd; Buket orta – 80 ədəd; Buket kiçik – 80 ədəd; Büstönü səbət – 10 ədəd; Səhnə önü bəzək – 25 metr.
Geri qayıt
|