Əsas Səhifə > Güney Press > Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu
Rəşid Behbudovun kürəkəni Polad BülbüloğlunuBu gün, 10:05 |
|
1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz Mehdiyevlə respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, “Kinoprokat” kimi böyük bir strukturu ləğv edən (“Kinoprokat”ın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?”, “Nəhayət ki, başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz Mehdiyev vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən... Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib. Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər. İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox...” Geri qayıt |