Əsas Səhifə > Güney Press > Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdiBu gün, 09:49 |
|
Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan edib. Teleqrafxəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr iddia edib ki, Ermənistan rəhbəri ölkədə hər şeyə, o cümlədən komanda yoldaşlarının şəxsi həyatlarına da nəzarət edir: “Əldə etdiyimiz məlumata görə, o, komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istədiyini bildirib. Paşinyan bunu əsas gətirərək komanda yoldaşlarına boşanmağı qadağan edib. Baş nazir deyib ki, hakim partiyada boşanmaların limiti artıq dolub, daha heç kimin boşanmağa haqqı yoxdur. Paşinyan bunu onunla əsaslandırıb ki, belə hallar hakim komandanın üzvlərini ictimaiyyətin gözündə daha da aşağı salır”. Geri qayıt |