|
“Qardaşım mənə zəng etdi. Dedi ki, Azərbaycandan gələn təyyarə qəzaya uğrayıb. Gözlədik, axşama yaxın bəd xəbər gəldi”. Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycandan qalxan və Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 hərbi yük təyyarəsinin şəhid olan ekipaj üzvlərindən baş çavuş İlker Aykutun atası Ünal Aykut deyib. “Mənim oğlum, Əhmədin və ya Məhmədin oğlu, kimsə bu işlə məşğul olmalıdır. Onlar olmasa, bizim vətənimiz olmaz. Bizim kimi minlərlə şəhid ailəsi var. Hamısının gözlərindən öpürəm. Çox ağır bir şeydir. Allah heç kimin başına gətirməsin, amma bunlarsız vətən ola bilməz. Vətənimizin yaşamasını istəyiriksə, bəzilərimizin övladları belə gedəcək. Bu yaxınlarda bir reportaj gördüm. Müxbir bir nənəmizi qəbiristanlığa aparırdı. Övladı şəhid olmuşdu. Ona yazdım. Dedim ki, anacan, başın sağolsun, Allah məkanını cənnət eyləsin, nur içində yatsın. Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu”, - Ü. Aykut bildirib.
 Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq, təyyarənin göyərtəsindəki 20 hərbçinin şəhid olduğunu açıqlayıb.
Geri qayıt
|