Əsas Səhifə > Güney Press > “Bakı Avtomobil Sənaye” ləğv oluna bilər

“Bakı Avtomobil Sənaye” ləğv oluna bilər


Bu gün, 09:36

29 dekabr 2025-ci il tarixdə, saat 15:00-da. “Bakı Avtomobil Sənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 4, “Bakı Avtomobil Sənaye”ASC-nin inzibati binasında olacaq.

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Avtomobil Sənaye” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Avtomobil Sənaye” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi və ya cəmiyyətin ləğv edilməsi barədə qərarın (Ləğvetmə komissiyası (və ya təsviyəçi) yaradılmaqla) qəbul edilməsi;

4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.

Əlaqə telefonu: (050) 224-90-43


Geri qayıt