Əsas Səhifə > Güney Press > Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı

Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı


Bu gün, 00:27

Noyabrın 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfli ilə bağlı maraqlı görüntü yayılıb.

Globalinfo.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğur özünün feysbuk səhifəsində bununla bağlı şəkilli paylaşım edib. Onun, digər paylaşımında qeyd etdiyinə görə, Fuad Nəcəfli Naxçıvan hava limanında adəti üzrə deputat salonunda oturub təyyarə gözləyib, lakin əlaqədar qurumlar səhv yerdə oturduğunu onun diqqətinə çatdırıblar və digər sərnişinlərlə birgə zala endiriblər.

Fotonu təqdim edirik:


Geri qayıt