Əsas Səhifə > Güney Press > "Vəsait ayrılmasa, etiraz edəcəyik"

"Vəsait ayrılmasa, etiraz edəcəyik"


Bu gün, 14:22

“Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq”.

Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur:

“Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Dövlət büdcəsindən kino sahəsinə vəsait ayrılmadığı halda, Azərbaycanda kinoların çəkilişi necə həyata keçiriləcək?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib ki, bu məsələ yaxın zamanda öz həllini tapacaq:

“Gələn il üçün bizim kinomuza vəsait ayrılmayıb. Amma deyiblər ki, ayıracaqlar. Deyiblərsə, demək ki, ayıracaqlar. Təbii ki, vəsait ayrılmasa, etiraz edəcəyik. Çünki vəsait olmasa, Azərbaycanda kino nə ilə çəkilə bilər?”.


Geri qayıt