Əsas Səhifə > Güney Press > Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olunduBu gün, 13:54 |
|
Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib. Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət cavab almadığından onların arasında insident baş verib. E.Süleymanov qızın telefonla kiminləsə danışmaq istədiyini görərək ona hücum edib və mobil cihazı əlindən almağa çalışıb. Aytənin orada işləyən şəxslərdən kömək istəməsindən sonra həmin şəxs saxlanılıb. Polis onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərib. Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə E.Süleymanov 9 sutkalıq inzibati həbs edilib. Geri qayıt |