Əsas Səhifə > Güney Press > "Əməliyyatdan sonra qorxulu görünürdüm"

"Əməliyyatdan sonra qorxulu görünürdüm"


Bu gün, 13:52

Müğənni Sevda Kazımova bir ildən çoxdur əməliyyat etdirdiyini, hələ də sağalmadığını deyib.

Axşam.az xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında üzgərdirmə əməliyyatı zamanı yaşadıqlarından danışıb. O bildirib ki, uzun müddət keçməsinə baxmayaraq, hələ də sağalmayıb:

"Dərim dartılıb, başıma şuruplarla bağlanmışdı. Üz dərisi kəsilir və əzələ yuxarı dartılır. Bilmədim ki, belə olacaq. Düşündüm üzüm dartılacaq. Çünki mənə buxaq lazım idi. Yavaş-yavaş düzəlirəm. Əməliyyatdan sonra çox qorxulu görünürdüm. Üzündə süni gel olanlarda daha çətindir. Ona görə məndə də çətin oldu. 1 il 2 aydır əməliyyat olunmuşam, amma hələ də sağalmamışam".


Geri qayıt