Əsas Səhifə > Güney Press > Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib

Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib


Bu gün, 13:11

Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqı-satqısı məqsədilə bağlanan müqavilənin məbləği açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bildirilir ki, müqavilənin icra müddəti 20.04.2024-cü ildən 29.04.2025-ci il tarixinədək qüvvədə olub. Bu müddət ərzində Lənkəran Rayon Mərkəzi Xəstəxanası istifadə etdiyi qaza görə “Azəriqaz”a 114 min manat ödəyib.
Məlumat üçün bildirək ki, Azərbaycan daxilində qeyri-əhali qrupuna satılan təbii qazın 1 kubmetrinin qiyməti 28,5 qəpik müəyyənləşdirilib.
Açıqlanan məlumatlardan belə görünür ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası bir il ərzində təxminən 400 000 kubmetr qaz (114 000 / 0,285) istehlak edib.


Geri qayıt