Əsas Səhifə > Güney Press > Ermənistan Moskvanı kənara itələyir
Ermənistan Moskvanı kənara itələyirBu gün, 13:06 |
|
Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Ermənistan siyasi məqsədlərlə Moskvadan uzaqlaşmağa və Ukraynanı dəstəkləməyə çalışır. Ermənistan hakimiyyəti bunu “prinsip məsələsi” adlandırır: “Dostluq dostluqdur, amma pul ayrıca məsələdir,” – deyə hökumət nümayəndələri bildiriblər. Eyni zamanda İrəvan taxıl qiymətindəki fərqi Avropa İttifaqının kompensasiya etməsini təklif edib. Lakin Brüssel hələlik tərəddüd edir. Aİ rəsmiləri bu addımın daimi ödəniş öhdəliyi yaradacağından ehtiyat edirlər. Üstəlik, dondurulmuş Rusiya aktivlərinin bu məqsədlə istifadəsinə Belçika hökuməti icazə vermir. Geri qayıt |