|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yenimotor” MMC-dən 2024-2025-ci il istehsalı olan 4 ədəd yolsuzluq tipli (pikap) minik avtomobili alır. Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 227 min 120 manat olan avtomobillərinin satın alınması ilə bağlı tender müsabiqəsi 11 noyabr 2025-ci il tarixində yekunlaşıb. Bildirilir ki, satın alınacaq avtomobillər 2400 sm³ mühərrik həcminə sahib olacaq. Qeyd edək ki, “Yenimotor” MMC (VÖEN – 1400531391) “Honda” markalı avtomobillərin satışı ilə məşğul olan şirkət kimi tanınır. Daha əvvəl nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi də bu şirkətdən 305 min manata 5 ədəd pikap tipli avtomobil satın alıb.
Geri qayıt
|