Əsas Səhifə > Güney Press > UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşamBu gün, 10:18 |
|
UEFA-nın mətbuat xidməti “Qarabağ”ın futbolçusu Abdullah Zubir barədə süjet hazırlayıb. Publika.az xəbər verir ki, çəkilişlər Bakıda aparılıb. Süjetdə Zubirin müsahibəsi yer alıb. Fransalı futbolçu Ağdam klubundakı karyerasından, Azərbaycandakı həyatından və uşaqlıq arzusu olan Çempionlar Liqasında oynamasından danışıb: “Futbol sizə mədəniyyətləri və ölkələri kəşf etməyə kömək edir. İlk dəfə bura gələndə ölkəyə, şəhərə və mədəniyyətə valeh oldum. İnsanlar çox mehriban və qonaqpərvərdilər. Bakı mənə Parisin canlılığını xatırladır. Burada həyat üçün lazım olan hər şey var. Beynəlxalq məktəblər, müxtəlif mətbəxlərə məxsus restoranlar... Bakıda hər şey yaşamışam. Burada evlənmişəm və ata olmuşam. Övladlarım yerli məktəbdə oxuyurlar. Onlar özlərini rahat hiss edirlər. “Qarabağ”a gələndə UEFA Çempionlar Liqasında çıxış etmək istəyirdim. Uşaq vaxtı bu, mənim üçün arzu idi, əlçatmaz arzu. Bu gün isə inanılmaz bir şey yaşayıram. İndi hədəfimiz mərhələ adlamaq olacaq. Bu, təkcə mənim yox, bütün klubun ortaq fikridir. Ölkənin 90%-i “Qarabağ”ı dəstəkləyir. Çünki biz Azərbaycanı beynəlxalq arenada təmsil edirik. Və bu, böyük coşqu yaradır. “Qarabağ”da çıxış etdiyim üçün qürur duyuram”. Baş məşqçi Qurban Qurbanovun və qardaşı Muad Zubirin onunla bağlı fikirləri də təqdim olunub. Eyni zamanda, “Çelsi” ilə matçın (2:2) pərdəarxası nümayiş olunub. Reportaj UEFA Çempionlar Liqasının telejurnalında yayımlanıb. Bu jurnal turnirin oyunlarından əvvəl və sonra bütün yayımçı kanallarda nümayiş olunur. Geri qayıt |