Əsas Səhifə > Güney Press > Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır?
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır?Bu gün, 18:01 |
|
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan Akademik Milli Dram Teatrından narazıdır. Aktyorun oğlu bu barədə Moderator.az-a gileylənib. Bildirib ki, atasının 90 illik yubileyi ilə bağlı baş tutan tamaşa üçün ona ən arxa yerə dəvət göndərilib: "Noyabr ayının 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrında "Varlı qadın" tamaşası nümayiş olundu. Əslində iştirak etmək istəyirdim, amma dəvətnamələri alandan sonra fikrimdən daşındım. Mənə elə bir yeri təklif etmişdilər ki, özümə ayıb bildim gedib orada oturum. 9-cu, 10-cu sıralar... Küncdə, qıraqda, ortalarda qalan yerlər... Başa düşmədim ki, onlar niyə məni belə yerlərdə oturmağa layiq biliblər. Etirazımı bildirdim və xahiş etdim ki, rəhbərliyə də bildirsinlər".
"Sizin orada VİP lojalarınız, 1-ci, 2-ci sıralarınız ola-ola, 10 ildə bu boyda şəxsiyyətin yubileyini qeyd edirsiz və aman-zaman bir övladını uzaq sıralara atmaqda məqsədiniz nə idi? Bundan şübhələndim və getmədim ki, söz-söhbətlər də olmasın. İmkanım olsaydı, öncədən bilsəydim, gedib öz pulumla bilet alardım. Bu, şəxsən mənə böyük diqqətsizlikdir. Siz 10 ildə bir tədbir keçirirsiz, dövlət sizə təmənna edib bu işləri görməkdə, sənətkarın bir övladına 1-ci sırada yer tapılmadı? Bəs məni nəyə görə 9-cu və 10-cu sıralara dəvət edirsiz?"
"Onun xahişi ilə yaxınları üçün 3-4-cü sıralardan 26 yer ayrılmışdı. Daha sonra isə tamaşaya iki gün qalmış əlavə olaraq 9-cu sıradan 6 yer verilib. Eldar Aslan bizə dedi ki, Türkiyədə olduğu üçün özü yubiley tədbirində iştirak etməyəcək.
Eldar Aslan gəlsəydi, əlbəttə ki, protokolda onun üçün ayrılan yerdə əyləşəcəkdi. Eldar Aslanın bu cür əsassız, həqiqətə uyğun olmayan açıqlaması gözlənilməz oldu və bizi məyus etdi". Musavat.com Geri qayıt |