Əsas Səhifə > Güney Press > Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıbBu gün, 17:59 |
|
Pakistan Baş naziri Şahbaz Şərif bu gün İslamabadda baş verən partlayışa görə Hindistanı günahlandırıb. APA “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, Şahbaz Şərif həm partlayış, həm də Pakistan-Əfqanıstan sərhədində yerləşən hərbi məktəbə hücumda Hindistanı ittiham edib və bu iki hadisənin Hindistanın dövlət terrorizminin bariz nümunəsi olduğunu bəyan edib. Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda məhkəmə yaxınlığında partlayış baş verib. Təhriki-Taliban qruplaşmasının Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən hərbi məktəbdən pakistanlı kursantları girov götürmək cəhdi isə uğursuz alınıb. Geri qayıt |