Əsas Səhifə > Güney Press > Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidirBu gün, 17:10 |
|
"İctimaiyyətin bəzi dairələri Serj Sarkisyanı 7 saatlıq müsahibədə dediyi və demədiyi bəzi fikirlərə, xüsusən də 2018-ci ildə hakimiyyəti Paşinyana niyə belə asanlıqla verdiyini demədiyinə görə tənqid etsə də, Ermənistan Respublika Partiyası hesab edir ki, o, hər şeyi deyib". Bu barədə erməni KİV məlumat yayıb. Müsahibədə Sarkisyan həmçinin deyib: "Sual yarana bilər: Rusiya niyə bitərəf qaldı? Çünki onlar inanırdılar ki, istənilən halda, hətta xalq üsyanı olsa belə, mən vəzifədən getsəm, o zaman Baş nazir Karen Karapetyanın simasında həmin vəzifədə rusiyayönlü bir fiqur olacaq və bu, böyük faciə deyil. Ermənistana böyük anti-rusiya tərəfdarı göndərilsə, bu, faciə olacaq". Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, Sarkisyanın fikirlərinə əslində ciddi yanaşmır, boş sözlərdir: "O, bu fikirlərlə demək istəyir ki, guya heç vaxt Rusiyapərəst siyasətçi olmayıb. Görünür, bu bəyanatlar da təsadüfi deyil. Sarkisyan və onun partiyası növbəti seçkilərə hazırlaşır. Onlar çalışırlar elə bir mənzərə yaratsınlar ki, Rusiyapərəst qüvvələr kimi deyil, daha çox Ermənistanın müstəqilliyini və Qərbə inteqrasiyasını müdafiə edən siyasi qüvvə kimi görünsünlər. Bu yanaşma müəyyən mənada başadüşüləndir. Çünki hazırda Ermənistan cəmiyyəti əvvəlki kimi Rusiyapərəst deyil, əksinə, Qərbə daha çox meyil göstərir. Buna görə də Paşinyan hökuməti və digər siyasi qüvvələr çalışır ki, ictimai əhval-ruhiyyəyə uyğun addımlar atsın, reytinq qazansın və seçkilərdə üstünlük əldə etsin. Beləliklə, bu cür açıqlamalara ciddi yanaşmaq doğru olmaz. Çünki onlar daha çox siyasi məqsədlərə hesablanmış bəyanatlar təsiri bağışlayır". Geri qayıt |