Əsas Səhifə > Güney Press > Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edibBu gün, 15:05 |
|
Baş nazir Nikol Paşinyan Avropa İttifaqına üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşüb. Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Teleqraf xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Baş nazir və səfirlər Ermənistan-Avropa İttifaqı münasibətlərinin cari gündəmini, son nailiyyətləri və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammiti nəticəsində regionda yaranmış vəziyyət, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh, regionda kommunikasiya yollarının qarşısının alınmasına yönəlmiş addımlar, o cümlədən TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir Nikol Paşinyan səfirləri maraqlandıran sualları cavablandırıb. Geri qayıt |