Əsas Səhifə > Güney Press > Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıramBu gün, 14:58 |
|
Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazırdır. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir. "Birinci mən bu buğdadan hazırlanan çörəyi dadmağa hazıram", - nazir sosial şəbəkələrdə yazıb. Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub. Geri qayıt |