Əsas Səhifə > Güney Press > Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıbBu gün, 10:07 |
|
"İctimaiyyətin bəzi dairələri Serj Sarkisyanı 7 saatlıq müsahibədə dediyi və demədiyi bəzi fikirlərə, xüsusən də 2018-ci ildə hakimiyyəti Paşinyana niyə belə asanlıqla verdiyini demədiyinə görə tənqid etsə də, Ermənistan Respublika Partiyası hesab edir ki, o, hər şeyi deyib". Teleqraf xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Müsahibədə Sarkisyan həmçinin deyib: "Sual yarana bilər: Rusiya niyə bitərəf qaldı? Çünki onlar inanırdılar ki, istənilən halda, hətta xalq üsyanı olsa belə, mən vəzifədən getsəm, o zaman Baş nazir Karen Karapetyanın simasında həmin vəzifədə rusiyayönlü bir fiqur olacaq və bu, böyük faciə deyil. Ermənistana böyük anti-rusiya tərəfdarı göndərilsə, bu, faciə olacaq". Geri qayıt |