Əsas Səhifə > Güney Press > Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir

Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir


Bu gün, 14:47

Ukrayna Milli Antikorrupsiya Bürosu və Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq energetika sahəsində korrupsiya faktlarının aşkar edilməsi üzrə genişmiqyaslı əməliyyat keçirir.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Bürosunun sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Yüksək səviyyəli cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib. Onun iştirakçıları dövlət sektorunun strateji müəssisələrinə, xüsusən də "Enerqoatom" SC-yə təsir göstərmək üçün genişmiqyaslı korrupsiya sxemi qurublar. Təfərrüatlar daha sonra açıqlanacaq", - məlumatda qeyd olunub.

Bundan başqa, xalq deputatı Yaroslav Jeleznyak "Kvartal 95" studiyasının həmtəsisçisi Timur Mindiç, ədliyyə naziri German Qaluşenkonun evlərində və "Enerqoatom" SC-də axtarışlar aparıldığını bildirib.


Geri qayıt