|
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən basın toplantısında yorğunluğu jurnalistlərin gözündən qaçmayıb.
Bakupost.az xəbər verir ki, “Washington Post”un video görüntülərində Donald Tramp təxminən 20 dəqiqə boyunca gözlərini açıq tutmaqda çətinlik çəkib və zaman-zaman mürgüləyib. Bu vəziyyət Demokratların tənqidinə tuş gəlib. Kaliforniya qubernatoru Qeyvin Nyusom “X” hesabından “Miskin döndü” ifadəsini paylaşıb.
Yerli media 79 yaşındakı Trampın özündən üç yaş böyük sabiq prezident Co Baydenə “Yuxulayan Co” ləqəbini verdiyini xatırladıb. Ağ Ev isə Trampın yuxusuz olmadığını və medianın bu hadisəni əhəmiyyətli iqtisadi təşəbbüsləri kölgədə qoymaq üçün şişirdiyini bildirib.
Həmin toplantıda Tramp Eli Lilli və Novo Nordisk ilə yeni razılaşmanı açıqlayaraq ABŞ-da arıqlama dərmanlarının qiymətlərini xeyli azaldacağını bildirib. Bu dərmanlar daha çox aşağı və orta gəlirli vətəndaşlar üçün nəzərdə tutulub və milyonlarla amerikalının dərmanlara daha rahat çıxış imkanına sahib olacağı vurğulanıb.
ABŞ Səhiyyə naziri Robert F. Kennedi isə “Zepbound” və “Wegovy” dərmanlarının əhatə dairəsini genişləndirməyin və qiymətlərini endirməyin əhəmiyyətini qeyd edib, köklüyün “yoxsulluq xəstəliyi” olduğunu və ən aşağı gəlirli qruplarda xroniki xəstəliklərin daha çox olduğunu vurğulayıb.
Geri qayıt
|