|

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (VÖEN – 2000015631) açıq tender elan edir.
"DİA-AZ" xəbər verir ki, tenderdə Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının qiymətləndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət 899 min 986 manat təşkil edir.
Müsabiqə 7 noyabr 2025-ci il, saat 17:46-da dərc olunub. Təkliflərin son təqdim edilmə tarixi və vaxtı 2 dekabr 2025-ci il, saat 18:01, zərflərin açılışı isə eyni tarixdə – 2 dekabr 2025-ci il, saat 18:01-də keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Əlaqələndirici şəxs – Süleyman Bağırov, sektor müdiri. E-poçt: sbagirov@emlak.gov.az Telefon: +994 12 311 01 60
İddiaçılar təkliflərini 2 dekabr 2025-ci il, saat 18:01-ə qədər Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanına təqdim edə bilərlər.
|
№
|
Başlıq
|
Açıqlama
|
Miqdar
|
Ölçü vahidi
|
|
1
|
Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi
|
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərin və məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalının müəyyən edilməsi
|
8
|
ədəd
|
|
2
|
Kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi
|
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq Kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarına baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi, yerləşmə mövqeyinin müəyyən edilməsi, fotoşəkillərin çəkilməsi və real bazar dəyərinə uyğun qiymətləndirilməsi
|
250
|
ədəd
|
|
3
|
Özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi
|
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi yerləşmə mövqeyinin müəyyən edilməsi, fotoşəkillərin çəkilməsi və və real bazar dəyərinə uyğun qiymətləndirilməsi
|
4.000
|
ədəd
|
|
4
|
Nəqliyyat vasitələrinin qiymətləndirilməsi
|
Dövlət müəssisə və təşkilatlarının balansında olan və hərraca çıxarılacaq nəqliyyat vasitələrinin qiymətləndirilməsi
|
1.200
|
ədəd
|
Geri qayıt
|