Əsas Səhifə > Güney Press > Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır
Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamırDünən, 20:54 |
|
Ermənistan hökuməti Tavuş vilayətinin Berkaber–Baqanis kəndləri istiqamətində delimitasiya çərçivəsində quraşdırılmış sərhəd dirəklərinin koordinatlarını təqdim etməkdən bir daha boyun qaçırıb. Musavat.com xəbər verir ki, dirəklər Azərbaycanla razılaşdırılaraq quraşdırılsa da, Ermənistan hakimiyyəti onların dəqiq yerləşmə koordinatlarını “məxfilik” bəhanəsi ilə ictimaiyyətə açıqlamır. Bəzi dirəklər adi gözlə də görünür, lakin hökumət bu məlumatı paylaşmaqdan yenə imtina edib. Məlumata görə, “Sputnik Ermənistan”ın baş nazir Nikol Paşinyanın adına göndərdiyi sorğu Mərkəzi Aparata deyil, Xarici İşlər Nazirliyinə yönləndirilib. XİN isə məsələni öz səlahiyyətindən kənar hesab edərək, Müdafiə və Təhlükəsizlik Xidmətinin əvvəlki cavabına istinad edib və mövqelərinin dəyişmədiyini bildirib. Qurumlar bundan əvvəl də bəyan etmişdilər ki, sözügedən məlumatlar “məxfi hesab olunur”. Halbuki həmin koordinatlar Azərbaycanla razılaşdırılıb və dirəklər birgə iş çərçivəsində quraşdırılıb. Qeyd edək ki, Ermənistan hökuməti vaxtaşırı əraziyə “ekskursiyalar” təşkil edərək dirəkləri fiziki olaraq göstərir, lakin onların tam yerləşmə məlumatını təqdim etmir. Dirəklərin koordinatlarının açıqlanması Ermənistan və Azərbaycan arasında formalaşan yeni sərhəd xəttinin xəritədə dəqiq müəyyənləşdirilməsinə imkan verərdi. Geri qayıt |