Əsas Səhifə > Güney Press > Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…

Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…


Dünən, 21:07

Qarabağ“ın Çempionlar Liqasındakı uğurlu nəticələrindən sonra Rusiyada Qurban Qurbanovun komandasının “Zenit”, “Krasnodar”, CSKA, “Spartak” və digər ən yaxşı klublardan üstün olduğu barədə fikirlər artmaqdadır.

Globalinfo.az xəbər verir ki, “Zenit”, “Dinamo Moskva” və Ermənistan millisinin keçmiş qapıçısı olmuş Roman Berezovski bununla bağlı fikirlərini açıqlayıb.

“Bu, daha çox eyforiyadır, çünki Rusiya klubları Avropa yarışlarında iştirak etmir. Kimin daha güclü olduğunu necə yəqinləşdirə bilərik? Əlbəttə ki, “Qarabağ”ın “Çelsi” ilə heç-heçə etməsi böyük uğurdur. Xüsusilə də onlar lider oldular. Amma düşünürəm ki, “Qarabağ”ın Rusiyanın ən yaxşı klublarından üstün olması ilə bağlı iddialar bir az şişirdilib.”

Xatırladaq ki, dörd turdan sonra “Qarabağ” Çempionlar Liqasının ümumi turnir cədvəlində yeddi xalla 36 komanda arasında 15-ci yerdədir.

Rusiya klubları müharibə səbəbindən Avropa yarışlarından kənarlaşdırılıb.


Geri qayıt