Əsas Səhifə > Güney Press > Laçında restoranda İNSİDENT: həbs olunanlar var
Laçında restoranda İNSİDENT: həbs olunanlar varBu gün, 17:20 |
|
Laçın rayonunda kafedə insident olub. Lent.az-ın məlumatına görə, hadisə Laçın şəhərində yerləşən “Aynalı” restoranında qeydə alınıb. 23 yaşlı Ağcabədi rayonu Taxtakörpü qəsəbə sakini Mahir Quliyev və 32 yaşlı Əsgər Xəlilov (ad və soyadlar şərtidir) gecə saat 3 radələrində sərxoş halda uca səslə söyüş söyüblər. Onlar hər ikisi Səfər Həşimov adlı şəxsi söyərək, ictimai asayişi pozublar. Polis əməkdaşları onlara yaxınlaşaraq, irad bildirib hərəkətlərini dayandırmağı desələr də, onlar bu tələbə məhəl qoymayıblar. Nəticədə hər ikisi saxlanılaraq, Laçın rayon Polis Şöbəsinə aparılıblar. Etdiyi hərəkətlərə görə, Mahir və Əsgər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. Laçın rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 5 günlük inzibati həbs qərarı verilib. Geri qayıt |