Əsas Səhifə > Güney Press > Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 iliBu gün, 17:16 |
|
Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr bəyanatının 5 illiyi münasibətilə yaydığı açıqlama Moskvanın bölgədəki təsir imkanlarının kəskin zəiflədiyini bir daha göstərdi. Bu bəyanat həm siyasi, həm də məzmun baxımından gülünc xarakter daşıyır - çünki Rusiya bu gün artıq Cənubi Qafqazda hadisələrin gedişatına təsir edə bilmir, sadəcə olaraq öz keçmiş rolunu xatırladaraq “varlıq nümayişi” etməyə çalışır. Musavat.com-un məlumatına görə, Rusiya XİN bildirir ki, həmin gün Bakının apardığı hərbi əməliyyatların nəticəsi olaraq tərəflər arasında əldə olunmuş razılaşma döyüşlərin dayanması və bölgədə sülh prosesinə keçid üçün əsas sənəd kimi qəbul olunub. Nazirliyin məlumatında vurğulanır ki, razılaşma Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında aparılan uzun danışıqların nəticəsində imzalanıb. Rusiya XİN sülhməramlı kontingentin bölgədəki fəaliyyətini də xatırladır və onların təhlükəsizliyin təmin olunmasında rol oynadığını qeyd edir. Rəqəmlərə görə, 2550 hektar ərazi mina və partlayıcı maddələrdən təmizlənib, 689 kilometr yol və 1940 obyekt yoxlanılıb, 26 mindən çox partlayıcı zərərsizləşdirilib, əsir və saxlanılan şəxslərin qarşılıqlı qaytarılması həyata keçirilib. 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra sülhməramlı kontingent Qarabağdan çıxan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində iştirak edib. Kontingent 12 iyun 2024-cü ildə bölgəni tam tərk edib. Bəyanatda həmçinin 11 yanvar 2021-ci ildə Moskvada kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun, 26 noyabr 2021-ci ildə Soçidə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların yaradılması barədə razılığın əldə olunması və 31 oktyabr 2022-ci ildə Soçi görüşündə humanitar məsələlərin həllinin önə çəkilməsi qeyd olunur. Rusiya bu sənədlərin birlikdə “sülh prosesinin yol xəritəsi” olduğunu bildirir və Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamasının vacibliyini vurğulayır. Musavat.com qeyd edir ki, bəyanatda Rusiya öz rolunu xüsusi vurğulasa da, 9 noyabr sənədindən irəli gələn öhdəliklərin böyük hissəsi faktiki olaraq Azərbaycan tərəfindən təkbaşına həyata keçirilib. Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti haqqında verilən rəqəmlər sadəcə statistik oyunlardan ibarətdir. Reallıqda sülhməramlıların əsas funksiyası – sülhü qorumaq – yerinə yetirilmədi. Azərbaycanın antiterror tədbirlərindən sonra həmin qüvvələr bölgəni tərk etdi. Bu fakt təkbaşına göstərir ki, Moskvanın “böyük vasitəçi” rolu artıq keçmişdə qalıb. Həmçinin həmin illərdə Qarabağ ərazisinə İrandan icazəsiz daşımalar və müxtəlif qrupların daxil olması üçün mühit formalaşdı ki, bu, üçtərəfli bəyanatın ruhuna uyğun deyildi. Qarabağda artıq qeyri-qanuni silahlı qruplaşma, paralel idarəçilik və ya xarici himayə strukturu yoxdur. Əslində bölgədə sabitliyi təmin edən və sülhə aparan yeganə faktor Prezident İlham Əliyevin düşünülmüş, sistemli və ardıcıl siyasətidir. Azərbaycan Prezidenti hələ 2020-ci ilin müharibəsindən sonra bəyan etmişdi ki, sülh təkcə hərbi qələbə ilə deyil, ədalətli siyasi həll və qarşılıqlı tanınma ilə mümkün ola bilər. Məhz bu mövqedən çıxış edən Azərbaycan diplomatiyası son iki ildə sülh gündəliyini öz üzərinə götürdü. Artıq proses nə Moskvada, nə də Soçidə aparılır – Bakı və İrəvan birbaşa danışıqlar masasına oturub. Bu gün artıq üçtərəfli bəyanatın mühüm bəndlərindən biri olan kommunikasiyaların açılması prosesi də faktiki olaraq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat-marşrut və logistika xəttini bərpa edərək ticarət və tranzit hərəkətini təmin etməyə başlayıb. Artıq ilk yük partiyası Azərbaycan üzərindən Ermənistan istiqamətinə çatdırılıb və yaxın günlərdə Qazaxıstan yüklərinin də eyni marşrutla hərəkət edəcəyi gözlənilir. Bu, üçtərəfli razılaşmada nəzərdə tutulan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası maddəsinin Azərbaycan tərəfindən real və praktiki şəkildə həyata keçirildiyini göstərir. Trampın dəstəyi ilə formalaşan yeni mərhələ Rusiya XİN bəyanatında “3+3” formatından danışsa da, reallıqda regionun gələcəyini müəyyən edən format artıq Vaşinqton platformasıdır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə keçirilən İlham Əliyev – Paşinyan görüşü sülh prosesində dönüş nöqtəsinə çevrildi. Həmin görüşdən sonra tərəflər ilk dəfə real razılaşma konturlarını müzakirə etməyə başladılar. Bu fakt göstərdi ki, sülhü təmin edən nə Moskvanın “sülhməramlısı”, nə də Kreml diplomatiyasıdır – sülhü təmin edən Azərbaycanın siyasi iradəsi və ABŞ-ın beynəlxalq dəstəyidir. Moskvanın Cənubi Qafqazda ikiüzlü siyasəti Rusiya 5 il ərzində bölgədə baş verən proseslərə təsir imkanlarını itirdi. Moskva nə Ermənistanı itirmək istədi, nə də Azərbaycanla münasibətləri korlamaq. Amma bu “ikiüzlü balans” siyasəti onu regionda tam zəiflətdi. Bu gün Azərbaycan qalib ölkə kimi bölgədə real sülhün təminatçısıdır. Bütün beynəlxalq platformalarda – istər Qərbdə, istər Şərqdə – qəbul edilən bu həqiqət dəyişməz qalır. Musavat.com Geri qayıt |