Əsas Səhifə > Güney Press > “Xəbəri yolda gələndə eşitdim”
“Xəbəri yolda gələndə eşitdim”Bu gün, 16:52 |
|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Aprel şəhidi Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Teleqraf bu münasibətlə Pəncəli Teymurovun ailəsi ilə əlaqə saxlayıb. Milli Qəhrəmanın anası Vahimə Teymurova açıqlamasında təəssüratlarını bizimlə bölüşüb: “Şəhid ildönümünə getmişdim, yolda gələndə bu xəbəri eşitdim. Bu xəbəri mənə verəndən Allah razı olsun. Sevincimdən nə deyəcəyimi bilmirəm. Atası bu arzu ilə yaşayıb dünyadan köçdü. Mən də arzu edirdim ki, Allah mənə bu günü görməyi qismət etsin, ona Milli Qəhrəman adı verilməsini görüm, dünyadan köçəndə də xəbəri atasına çatdırım. Mən indi bilirəm ki, Pəncəli Teymurov yanımdadır, onu burada hiss edirəm. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Allah Azərbaycanımızı, müzəffər ordumuzu qorusun”. Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov 2016-cı ildə Aprel döyüşlərində şəhid olub. Geri qayıt |