Əsas Səhifə > Güney Press > "Ramiz Mehdiyev üçün ən ağır cəza budur"

"Ramiz Mehdiyev üçün ən ağır cəza budur"


Bu gün, 16:39

Ramiz Mehdiyevin fəaliyyəti və onun cəmiyyətə təsiri uzun illərdir Azərbaycan ictimaiyyətində müzakirə mövzusudur.

Bu məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu KONKRET.az-a maraqlı fikirlər səsləndirib.

“Hər insan öz törətdiyi işlərə cavab verməlidir. Onun üçün də Ramiz Mehdiyev cəzasını almalıdır. Bu cəza evdə, ya da həbsxanada olması ilə ölçülmür. O, cəzasını ən çox indi alır. Çünki vaxtilə bəslədiyi, vəzifəyə gətirdiyi, imkan sahibi etdiyi insanlar bu gün onun haqqında təhqiramiz şəkildə danışır, arxasınca söz gəzdirirlər. Ən ağır cəza insan üçün məhz budur,” – deyə Novella Cəfəroğlu vurğulayıb.

Hüquq müdafiəçisinin fikrincə, bu vəziyyət təkcə Ramiz Mehdiyevin deyil, illərlə hakimiyyət və nüfuz dairələrində yer alan bir çox şəxsin aqibətinə ibrət olmalıdır.


Geri qayıt