Əsas Səhifə > Güney Press > Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilibBu gün, 16:19 |
|
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib. "DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir “İgidliyə görə” medalı ilə Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir. Geri qayıt |