Əsas Səhifə > Güney Press > Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunubBu gün, 16:17 |
|
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir. APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib. Geri qayıt |