Əsas Səhifə > Güney Press > Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
Tanınmış tiktoker məsuliyyətə cəlb olunduBu gün, 11:30 |
|
Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen məsuliyyətə cəlb olunub. Teleqraf-ın məlumatına görə, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib. Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə “Koti” İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib. Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib. Geri qayıt |