Əsas Səhifə > Güney Press > “Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş"

“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş"


Bu gün, 08:55

“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsi xəstəxanaların təminatı üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, ümumi ehtimal olunan qiymət 110.240,91 manat təşkil edir. Satınalma siyahısına müxtəlif tekstil və tibbi məqsədli məhsullar daxildir.

Siyahıda aşağıdakılar yer alır:

Zebra jalüz pərdələri – Salyan Regional Xəstəxanası üçün nəzərdə tutulub. Qapalı kasa mexanizmlidir, bej rəngdə, gün işığına davamlı, metal gövdəlidir və çatdırılma ilə quraşdırılması da daxil olacaq.

Kişilər üçün xəstə geyim dəsti – 100% pambıq parçadan hazırlanacaq, mavi rəngdə, yan ciblikli və yandan düyməli formada olacaq. Ümumi 200 ədəd geyim dəsti sifariş edilib.

Ədyallar – 100% pambıq, 1250 qramlıq, 160x220 sm ölçülərdə 200 ədəd.

Yaşıl qan hopduran parça – 200 metr miqdarda, dözümlü və qan keçirməyən formada hazırlanmalıdır.

Cərrah önlükləri – 20 ədəd olmaqla, 100% pambıq və suya, qana davamlı materialdan istehsal ediləcək. və sairə...

Layihə xəstəxana infrastrukturunun yaxşılaşdırılması, xəstələrin və tibb işçilərinin rahatlığının təmin edilməsi məqsədi daşıyır.


Geri qayıt