Əsas Səhifə > Güney Press > Əfvlə bağlı mühüm addım: tezliklə…
Əfvlə bağlı mühüm addım: tezliklə…Dünən, 17:28 |
|
Zəfər Bayramı ərəfəsində bir qrup hüquq müdafiəçisi və siyasi partiya nümayəndəsinin prezidentə müraciət etdiyi, əfv sərəncamının imzalanmasını istədikləri deyilir. Bildirilir ki, onlar siyasi məhbus kimi təqdim olunan şəxslərin azadlığa buraxılmasını vacib sayırlar. Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, ictimai müzakirələr davam edir. Belə bir planın həyata keçirilməsi mümkündürmü? Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bununla bağlı məlumatının olmadığını deyib. O, hər müraciətdə eyni çağırışları səsləndirdiklərini qeyd edib: “Monitorinq qrupunun üzvləri olaraq bütün müsahibələrimizdə dövlət başçısına müraciət edirik ki, Zəfər Bayramı münasibətilə humanist addım ataraq siyasi motivlərlə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını təmin etsin. Bu bayram xalqımız üçün həm də birliyin, həmrəyliyin rəmzidir. Həmçinin həbsxanalarda cəza müddətinin başa çatmasına az qalmış şəxslərin də azadlığa buraxılması arzuolunandır. Bu Zəfər Bayramı hər evə bayram sevinci, hər ailəyə ümid və xoşbəxtlik gətirsin!”. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə əfvin olacağını bildirib: “Bu hansısa müraciətlə həll olmur, əfv qanundan irəli gəlir. Adətən belə təşəbbüsü ya Prezident, ya da vitse‑prezident Mehriban Əliyeva irəli sürür. Ümid edirəm, tezliklə bunun şahidi olacağıq” Geri qayıt |