Əsas Səhifə > Güney Press > Yeqoyandan müxalifətə təpki
Yeqoyandan müxalifətə təpkiDünən, 17:26 |
|
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan yerli müxalifətin sülh prosesi ilə bağlı yanaşmasını tənqid edib. Teleqraf xəbər verir ki, o, müxalifətin proseslər bağlı manipulyasiyalarının baş tutmadığını bildirib. “Əvvəlcə dedilər ki, hamısı yalandır, yollar heç vaxt açılmayacaq. Sonra dedilər ki, yaxşı, açılır da, amma Gürcüstandan keçir (elə bil guya Ermənistan-Azərbaycan dəmir yolunu mən yemişəm). Sonra başladılar ki, bəs niyə Qazaxıstandan alınır, Rusiya buğdası da var? Sonra dedilər ki, əgər Rusiyadan gəlirsə, bəs niyə Azərbaycan vasitəsilə gətirirlər? İndi də başlayıblar ki, əgər Azərbaycanla gəlir və daha ucuz başa gəlirsə, bəlkə çörək də ucuzlaşar. Gəlin indi bu zəncirin ilk və son fikirlərinin ziddiyyətinə baxaq. Hər şeydə elədirlər - nə öz gündəmləri var, nə də baxış bucaqları. Divarın dibində oturub tum çırtlayan, hər şeyə mənasız şərh yazmağı özlərünə borc bilən qəmgin, narazı tiplərə bənzəyirlər”, - Yeqoyan vurğulayıb. Geri qayıt |