Əsas Səhifə > Güney Press > "Qəzet düşüncə gündəminin ədəbiyyatıdır"

"Qəzet düşüncə gündəminin ədəbiyyatıdır"


Dünən, 17:08

"Bir yandan ana dilimizi - milli kimliyimizi qorumaq istəyirik, bir yandan da qəzetləri bağlamaq istəyirik. Hər şey bir yana, təkcə elə ədəbi dilin cilalanmasında qəzetin rolu danılmaz və əvəzsizdir". 
"Sherg.az"ın xəbərinə görə, bu barədə jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının rəhbəri Bahəddin Həziyev deyib.
 
Baş redaktor bildirib ki, qəzet düşüncə gündəminin ədəbiyyatıdır:
"Yunq isə deyirdi: "Düşünmək zəhmətdir, ona görə çox adam sürüyə qoşulmağa meyllənir". Əlbəttə, elə qəzetlər var, bəli, hətta çoxdan bağlanmalı idi, xeyir verməyi bir yana, zərər verir. Ancaq qəzetçiliyi ləğv etmək doğru deyil. Bu, sadəcə, ənənə deyil, sadəcə, tarix salnaməçiliyi filan da deyil. Bu, sorğulama, araşdırma vərdişləridir, ictimai miqyasın özünəxas düşüncə laboratoriyasıdır. Yaşama haqqı olmayan qəzetlərin bağlanmasına qarşı deyiləm, ancaq haqqı olanın yaşamasına da əngəl olmamalıyıq. Ümumiyyətlə, qəzet istəmiriksə, o başqa. Amma qəzet istəyiriksə, onu da əsl qəzet kimi yaşatmaq lazımdır. Qapatmağa nə var ki! Mən qapatmışam, məsələn. Təbii ki, yaşatmağa resursum çatmadığı üçün qapatmağa məcbur qaldım. Ancaq qəzetdən ötrü hər an darıxıram. İmkanım olsa, günü sabah peşəkarları bir araya toplayıb, qəzeti yaşadaram. Həm də bizim nəsil qəzeti bilir, əsl qəzet nədir, onu da bilir. Deyirlər, qəzet oxuyan yoxdur. Xeyr, yəqin ki, oxumaq istəyənin qəzeti yoxdur. Bir sözlə, ölkəyə, millətə qəzet lazımdır. Amma lazımsız qəzet yox..".

Geri qayıt