Əsas Səhifə > Güney Press > “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı

“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü: Əmisi saxlanıldı


Dünən, 16:44

Bakının mərkəzində qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qətlə yetirilən Yasin İbadovun cinsi azlıq nümayəndəsi olduğu və “Rüzgar” adı ilə tanındığı bildirilib. O bu ilin yayında Türkiyədən Azərbaycana gəlib və burada əməliyyat olunubmuş.


Geri qayıt