|

“İnnovasiya və Təchizat Mərkəzi” şəkərli diabet xəstələri üçün dərman vasitələrinin satınalmasını həyata keçirib.
"DİA-AZ" xəbər verir ki, satınalmanın qalibi “Avromed Company” QSC olub.
Müqavilənin ümumi dəyəri 4 milyon 865 min 118,76 manat təşkil edir.
“İnnovasiya və Təchizat Mərkəzi”nin “Avromed Company” şirkətinə həvalə etdiyi tenderlər ümumilikdə aşağıdakılardır:
|
|
Satınalma predmeti
|
Təklifin qiyməti
|
Yekunlaşma tarixi
|
|
1
|
"Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri"nin satın alınması
|
4 865 118,76
|
06.11.2025
|
|
2
|
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması
|
702 505,92
|
13.06.2025
|
|
3
|
“Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satin alınması
|
51 214 262,83
|
18.04.2025
|
|
4
|
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması (2025-ci il üzrə)
|
16 333 897,48
|
12.03.2025
|
|
5
|
“Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması
|
803 698
|
12.02.2025
|
|
6
|
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması
|
79 804,58
|
15.10.2024
|
|
7
|
Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması
|
785 962,01
|
07.10.2024
|
|
8
|
“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması
|
16 163 734,4
|
21.08.2024 10:08
|
|
9
|
"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınması
|
50 239 833,4
|
31.07.2024
|
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.
Geri qayıt
|