Əsas Səhifə > Güney Press > “Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilər
“Qarabağ” mərhələ adlasa, bu komandalarla qarşılaşa bilərDünən, 15:25 |
|
"Qarabağ"ın UEFA Çempionlar Liqasında mərhələ adlayacağı təqdirdə qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib. Teleqraf-ın məlumatına görə, Ağdam təmsilçisi ilk "24-lüy"ə düşərsə, Almaniyanın "Borussiya Dortmund" və İspaniyanın "Atletiko Madrid" komandaları ilə düşmək ehtimalı daha çoxdur - 6,7%. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin mümkün rəqibləri arasında İspaniya nəhəngi "Barselona" (4,8%), eləcə də Türkiyə çempionu "Qalatasaray" (6,3%) da var. Qeyd edək ki, bu ehtimal hazırkı turnir cədvəlinə əsasən hazırlanıb. "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibləri: 1. "Borussiya Dortmund" (Almaniya) - 6,7% 2. "Atletiko Madrid" (İspaniya) - 6,7% 3. "Qalatasaray" (Türkiyə) - 6,3% 4. "Sportinq" (Portuqaliya) - 6,3% 5. "Tottenhem" (İngiltərə) - 6% 6. "Atalanta" (İtaliya) - 5,9% 7. "Çelsi" (İngiltərə) - 5,9% 8. "Nyukasl Yunayted" (İngiltərə) - 5,5% 9. "Barselona" (İspaniya) - 4,8% 10. "Bayer Leverkuzen" (Almaniya) - 4,7% 11. "Yuventus" (İtaliya) - 4,5% 12. "Monako" (Fransa) - 4,2% 13. "Napoli" (İtaliya) - 4,2%. Qeyd edək ki, Ağdam klubun hazırda 7 xalla 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası növbəti matçını "Napoli"yə qarşı səfərdə keçirəcək. Geri qayıt |