ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin planlaşdırılmış sınağını keçirdi. ABŞ sistemlərinin döyüş hazırlığını təmin etmək üçün hər altı aydan bir bu cür sınaqlar keçirir. Və dərhal Rusiya diktatoru Vladimir Putin təhlükəsizlik qüvvələrinə və mülki xidmətlərə Rusiyanın nüvə silahı sınaqlarına hazırlaşmaq əmri verdi...
Nəqliyyat təhlükəsizliyinə həsr olunmalı olan Rusiya Təhlükəsizlik Şurasının iclası başqa mövzu ilə başladı. Dövlət Dumasının spikeri Volodin Putindən Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarına necə cavab verəcəyini soruşdu. Putin sözü müdafiə naziri Belousova verdi və o dərhal amerikalıların nüvə müharibəsinə necə hazırlaşdıqları, nəyi və nə qədər modernləşdirdikləri, Almaniyadan Rusiya və Çinə hansı raketlərin atıla biləcəyi və sair barədə hesabat oxudu.
Nəticə etibarilə o Novaya Zemlya sınaq poliqonunun "yenidən aktivləşdirilməli" və nüvə sınaqları keçirilməli olduğunu söylədi. Putin bunu dəstəklədi, amma bir saat sonra Peskov bildirdi ki, Putin sadəcə bu ehtimalın nəzərdən keçirilməsi barədə göstəriş verib.
Bəs əsas məsələ nədir?
Bu, çoxlarının artıq deməyə başladığı kimi, silahlanma yarışı deyil. Rusiya buna imkan verə bilməz. Yeri gəlmişkən, Putinin açıqlamalarına baxmayaraq, ödənilməmiş elektrik enerjisi xərcləri səbəbindən Anqara raket buraxılış meydançası bağlanıb. Bu fakt “silahlanma yarışı" haqqında başa düşməli olduğunuz bir çox nüansı özündə əks etdirir.
Putin sadəcə nüvə silahlarına qarşı riskləri artırmaq qərarına gəldi. Hamısı çox gülməlidir, amma görünür, o Trampın nüvə şantajından incimiş kimi davranmağa qərar verib. İndi isə o - dünyanın ən böyük dəlisi, amerikalılar və çinlilərin gəlib vəziyyəti gərginləşdirməməyə inandırmalı olduğu bir adam rolunu oynayır...
Putinin ideal həlli ABŞ-ı danışıqlar masasına oturtmaqdır. Ən azından seçki kampaniyası zamanı ABŞ-ın daxili siyasətinə xaos gətirməkdir. Əslində, düşünmürəm ki, bundan nəsə qazanacaq. Sadəcə son illərdə olduğu kimi, Putin bu nüvə blefindən faydalanacaq Çinin həyatını asanlaşdırır.
Və hamımız sadəcə başa düşməliyik: növbəti bir neçə həftə (ay) ərzində nüvə öncəsi isteriya içində yaşamağımız mümkündür. Ən azından, Rusiyanın nüvə müharibəsinin qarşısını almaq üçün nüvə arsenalını necə ortaya çıxarmağa məcbur edildiyi barədə çox şey eşidəcəyik. Amma həmişə dediyimi təkrarlayacağam: Putin qorxaqdır. O heç vaxt "qırmızı düyməyə" basmayacaq. Buna görə də sadəcə səbirli olmalıyıq.
Müəllif: Vadim Denisenko
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.